Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

2 Oktyabr 2026 13:38

UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri müəyyənləşib.

Milli.Az xəbər verir ki, D Liqasının II qrupunun qarşılaşmasını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR hakimi Bruno Esteves, AVAR hakimi isə Ana Klaudiya Silva Ribeyro olacaqlar.

Qeyd edək ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)