UEFA Millətlər Liqasında Belçika ilə qarşılaşacaq Türkiyə millisi heyətində dəyişiklik edib.
Milli.Az "Haber Global"a istinadən xəbər verir ki, gənc futbolçu Can Uzun zədə səbəbindən Belçika ilə matçın heyətindən çıxarılıb.
Belə ki, futbolçu dünən keçirilən məşqdə iştirak etməyib. O, Türkiyə millisinin Fransa və İtaliya ilə oyunlarında əsas heyətdə meydana çıxmışdı.
İtaliya ilə matçın iştirak ərizəsində yer almayan Emirhan Topçu, İlhan Fakılı və Bartuğ Elmaz isə Belçika ilə görüş üçün heyətə daxil ediliblər.
Qeyd edək ki, bu gün keçiriləcək Belçika - Türkiyə qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)