Sosial şəbəkələrdə Talış kəndində çəkildiyi bildirilən görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, kadrlarda hərbi mövqedə olduğu iddia edilən qadın snayperlərin görüntüləri əks olunub. Paylaşımda onların Azərbaycan hərbçilərinə qarşı döyüşlərdə iştirak etdiyi və həmin mövqedən atəş açdığı iddia edilir.
Videoda sözügedən qadınların döyüşlər zamanı 100-ə yaxın Azərbaycan hərbçisinin ölümünə səbəb olduğu, daha sonra isə Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirildiyi bildirilir.
Görüntülərdə səsləndirilən bu iddiaların və təqdim olunan məlumatların hansı mənbəyə əsaslandığı açıqlanmır.
Görüntülərin sosial şəbəkələrdə yayılması istifadəçilər arasında müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)