Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)

2 Oktyabr 2026 10:39

Mirvari Məmmədova adlı "Ahıllar evi" sakini olan qadının danışarkən özünün bir zamanlar deputat olduğunu bildirib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, "Ahıllar evi"nin sakini olan M.Məmmədova, həqiqətən də, deputat olub. O, Bakının Keşlə rayonunun (indiki Nərimanov rayonu) 1967-1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı olub. Sabiq deputat Mirvari Məmmədova fəhlə sinfinin fəal nümayəndəsi kimi qanunverici orqanda Bakı şəhərinin 28 saylı Keşlə seçki dairəsindən deputat seçilib. O, Bakı Alətqayırma zavodunda toplayıcı-çilingər kimi fəaliyyət göstərmişdir.

Qeyd edək ki, sabiq deputat Mirvari Məmmədovanın hansı səbəbdən "Ahıllar evi"nə yerləşdirildiyi məlum deyil. O, videomaterialda övladının Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyini və onun bir gün "Ahıllar evi"nə gələcəyini gözlədiyini qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)