Tanınmış rəqqas Nicat Azadlı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər gündəm yaradıb. Videoda rəqqasın həyat yoldaşına qarşı şiddət göstərdiyi iddia olunur. Qadın paylaşdığı açıqlamada dəfələrlə fiziki və psixoloji zorakılığa məruz qaldığını, məsələnin daha əvvəl məhkəməyə qədər uzandığını bildirib.
Rəqqas Milli.Az-a verdiyi məlumatda qeyd edib ki, bütün bunlar şər-böhtandır:
"Video 1 il öncəyə aiddir. Bütün bunlar şantaj, pul almaq məqsədi daşıyır. Həmin videoda mənim böyüklərimi təhqir edib. Biz 6 ay öncə boşanmışıq. Mən şantaja məruz qalmışam".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)