Məşhur sosial şəbəkə fenomeni və idmançı, "Abi" ləqəbi ilə tanınan Elmin Mehdiyev Türkiyədə verilişə qatılıb.
Milli.Az xəbər verir ki, Elmin Mehdiyev tanınmış aktyor və aparıcı Hayrettin Karaoğuzun proqramının qonağı olub. Veriliş zamanı idmançı güc nümayişi ilə bağlı sosial şəbəkələrdə məşhurlaşan hərəkətlərini nümayiş etdirib.
Onun efirdə göstərdiyi performans maraqla qarşılanıb. Sözügedən anların görüntüləri sosial şəbəkələrdə yayılaraq istifadəçilərin diqqətini çəkib.
Elmin Mehdiyevin çıxışı ilə bağlı müxtəlif rəylər yazılıb və görüntülər qısa müddətdə müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)