Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı

2 Oktyabr 2026 10:23

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən İmbat mədənində baş verən çökmə nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.

Milli.Az xəbər verir ki, hadisə zamanı 7 işçi dağıntılar altında qalıb. Xilasetmə əməliyyatları nəticəsində Süleyman Şakrak və İbrahim Çimen sağ çıxarılıb. Onların xəstəxanaya yerləşdirildiyi və həyati təhlükələrinin olmadığı bildirilib.

Axtarış-xilasetmə işləri zamanı əvvəlcə Halit Ersay və Kərim Örenin meyitləri aşkarlanıb. Daha sonra dağıntılar altında qalan Ramazan İncə, İsa Olcay və Ömər Karakayanın da cansız bədənləri tapılıb.

Hadisə ilə bağlı araşdırma başlanıb. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)