UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start verilib.
Milli.Az xəbər verir ki, oktyabrın 1-də A, B və D liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
Azərbaycan millisi D Liqasının 2-ci qrupunda doğma meydanda Lixtenşteynlə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş qolsuz heç-heçə ilə başa çatıb.
A Liqasının 2-ci qrupunda Almaniya Serbiyanı 2:0 hesabı ilə məğlub edib, Yunanıstan və Niderland isə 2:2 hesablı heç-heçəyə razılaşıb.
4-cü qrupda son Millətlər Liqasının qalibi Portuqaliya səfərdə Danimarkanı 4:2 hesabı ilə üstələyib. Digər qarşılaşmada Uels Norveçi 2:1 hesabı ilə məğlub edib.
B Liqasında İrlandiya - Avstriya matçı 2:2, İsrail - Kosovo görüşü isə 0:0 hesabı ilə başa çatıb.
D Liqasının digər qrupunda Malta və Cəbəllütariq 1:1 hesablı heç-heçə edib.
Millətlər Liqası
1 oktyabr
20:00 - Azərbaycan - Lixtenşteyn 0:0
22:45 - Almaniya - Serbiya 2:0
22:45 - Yunanıstan - Niderland 2:2
22:45 - Danimarka - Portuqaliya 2:4
22:45 - Uels - Norveç 2:1
22:45 - İrlandiya - Avstriya 2:2
22:45 - İsrail - Kosovo 0:0
22:45 - Malta - Cəbəllütariq 1:1
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)