Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir və layihəni perspektivli hesab edir.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
Putin marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli olduğunu qeyd edib.
"Biz Azərbaycan Prezidenti İlham Əliyevlə təmasdayıq, heç bir problem yoxdur. Bakı bu layihənin reallaşdırılmasına razıdır və onu perspektivli hesab edir", - Rusiya Prezidenti vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)