Milli.Az xəbər verir ki, kiçik ölçülərinə baxmayaraq əsl qida anbarı olan bu göbələklər yetişdirilmə prosesində günəş və ya ultrabənövşəyi işıqla təmasda olduqda tərkibindəki erqosterol maddəsini birbaşa D2 və D3 vitamininə çevirir. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar düzgün işıqlandırma şəraitində yığılan bu göbələklərdəki D vitamini nisbətinin ənənəvi mənbələr olan yumurta və qızılbalığı (somon) 50 dəfə üstələdiyini göstərir.
Sözügedən göbələklərin ən diqqət çəkən tərəfi isə bazar dəyərinin həddən artıq yüksək olmasıdır. Qurman restoranların, orqanik məhsul bazarlarının və ətarların intensiv tələb göstərdiyi bu şəfa mənbəyinin kiloqram qiyməti bazarda yüksək məbləğlərə alıcı tapır. Saksılarda, xüsusi istehsal dəstlərində və ya şaquli stendlərdə əziyyət çəkmədən yetişdirilə bilməsi sayəsində evinin balkonunu və ya zirzəmisini istehsal sahəsinə çevirən vətəndaşlar həm mətbəx xərclərini sıfırlayır, həm də göbələk sataraq əlavə gəlir əldə edirlər.
Ev və ya balkon şəraitində bu göbələklərin istehsalı zamanı birbaşa yandırıcı günəş işığı düşməyən, sərin və rütubətli sahələrə üstünlük verilməli olduğu bildirilir. Müntəzəm rütubətləndirmə və hava dövranı təmin edildiyi təqdirdə təxminən iki həftə kimi qısa bir müddətdə yığım yetişkinliyinə çatan təzə göbələklər aşağı xərci və yüksək qazanc marjı ilə alternativ gəlir axtaran vətəndaşların ilk seçimi olmağa davam edir.
Bazarda "balkonun gizli qızılı" adlandırılan və yüksək D vitamini dəyəri ilə diqqət çəkən şampinyon və Morel göbələkləri ev tipli kompost dəstləri ilə riski olmadan yetişdirilə bilər. Bu göbələk növləri qış boyu həm immun sistemini dəstəkləyir, həm də ev təsərrüfatına ciddi maliyyə töhfəsi verir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)