Qastronomiya dünyasının ürəyi olan İtaliyada nəsildən-nəslə ötürülən mətbəx sirləri həmişə maraq doğurub. Evdə hazırlanan pizzaların ən böyük problemi olan "ertəsi günə qaldıqda quruma və sərtləşmə" problemi İtalyan aşpazların əsrlər boyu tətbiq etdiyi çox sadə bir üsulla tamamilə aradan qalxır.
Neapollu daş soba ustalarının xəmir yoğurarkən gizlicə xəmirə əlavə etdikləri o sehrli inqrediyent: Kartof nişastası (və ya bişmiş kartof püresi).
Milli.Az xəbər verir ki, italyan aşpazlar un qarışığına əlavə edilən yalnız bir yemək qaşığı kartof nişastasının xəmirdəki su molekullarını bağladığını qeyd edirlər. Nişasta bişmə prosesi zamanı nəmin çölə çıxmasının qarşısını alır və pizzanız sobadan çıxdıqdan saatlar sonra belə, hətta ertəsi günə qaldıqda belə pambıq kimi toxumasını qoruyub saxlayır.
Heç vaxt qurumayan İtalyan pizza xəmiri resepti:
Tərkibi:
500 qram çörəklik un
350 ml ilıq su
1 paket quru maya (və ya 15 qram yaş maya)
1 çay qaşığı duz
1 yemək qaşığı zeytun yağı
Sehrli toxunuş: 1 yemək qaşığı kartof nişastası (və ya incə əzilmiş bişmiş kartof)
Hazırlanması:
Geniş bir qaba unu ələyin və üzərinə tək bir qaşıq kartof nişastasını əlavə edərək qarışdırın.
İliq suyun içində mayanı aktivləşdirin və unlu qarışığa asta-asta tökərək yoğurmağa başlayın.
Xəmir toparlanarkən zeytun yağı və duzu əlavə edin. Hamar, qulaq məməsi yumşaqlığından bir az daha yumşaq bir xəmir əldə edənə qədər ən azı 10 dəqiqə yoğurun.
Xəmirinizin üzərini nəmli bir dəsmal ilə örtərək otaq temperaturunda 2 saat mayalanmağa qoyun.
Mayalanan xəmiri kündələrə ayırıb əlinizlə açın, istədiyiniz məhsulları əlavə edərək yüksək odda sobada bişirin.
Bu kiçik İtalyan hiyləsi sayəsində pizzanız sobadan çıxanda kənarları xırt-xırt, içi isə yumşaq qalacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)