Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)

1 Oktyabr 2026 23:11

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, İsaakiyev kilsəsinin qarşısında yerləşən Miller malikanəsində güclü yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, alov binanın üç mərtəbəsini əhatə edib. Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Sankt-Peterburq üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi yanğına ikinci mürəkkəblik dərəcəsinin verildiyini bildirib. Yanğının söndürülməsinə 8 texnika və 40 nəfər şəxsi heyət cəlb edilib.

Hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının əhatə etdiyi sahə dəqiqləşdirilir.

Qeyd olunur ki, yanğının baş verdiyi bina mədəni irs obyekti statusuna malikdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)