Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)

1 Oktyabr 2026 23:01

Moskva vilayətinin Sergiyev Posad şəhər dairəsində yerləşən Krasnozavodsk şəhərində bir neçə güclü partlayış baş verib.

Milli.Az xəbər verir ki partlayışlardan sonra ərazidə havaya tünd-boz tüstü qalxıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb. Şahidlər ümumilikdə üçə yaxın partlayış səsi eşitdiklərini bildiriblər.

Hadisənin Krasnozavodsk Kimya Zavodunun sexlərindən birində baş verdiyi qeyd olunur. Hazırda ərazidə təxliyə aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)