Quzu əti bahalaşdı - (Video)

1 Oktyabr 2026 22:54

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.

Milli.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.

Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.

Satıcılar bildirirlər ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.

Qarşıdakı həftələrdə isə qiymətin stabil qalacağı gözlənilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)