Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının "STB" Pop qrupu musiqisi Oqtay Kazımi, sözləri Cabir Novruza məxsus "Yaşayır İnsan" mahnısını yeni aranjimanda və klip formatında tamaşaçılara təqdim edib.
Qeyd edək ki, "Yaşayır İnsan" mahnısı ilk dəfə dünya şöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudov tərəfindən ifa olunub. Mahnının onun repertuarında yer alması əsərə xüsusi bədii əhəmiyyət qazandırıb.
Mahnını "STB" Pop qrupunun solisti Natəvan Həsənova səsləndirib. Klipin çəkilişləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında həyata keçirilib.
Layihə klassik Azərbaycan estrada musiqisinin tanınmış nümunələrinin müasir təqdimat formatında gənc ifaçılar tərəfindən yaşadılmasına və geniş auditoriyaya çatdırılmasına xidmət edir.