Şəmkir rayonunda toyda kütləvi zəhərlənmə olub.
Milli.Az xəbər verir ki, Şəmkir rayonunun Keçili kəndində yerləşən "Elmir" şadlıq evində kütləvi zəhərlənmə baş verib.
Zəhərlənən şəxslərin hamısı Şəmkirin Təzəkənd kənd sakinləridir. Zəhərlənən şəxslər 2012-ci il təvəllüdlü M.M, 2015-ci il təvəllüdlü M.A. və 2015-ci il təvəllüdlü M.E-dir.
Qeyd edək ki, hadisə 29 sentyabr tarixində baş verib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)