Kriştianu Ronaldunun Portuqaliya millisinin düşərgəsini tərk etməsindən sonra komandada 7 nömrəli formanı "Qalatasaray"ın portuqaliyalı ulduzu Rafael Lean geyinəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sonra qeyd olunan nömrəli forma Lean üçün ayrılıb.
Ronaldudan sonra Portuqaliya millisinin yeni 7 nömrəsi bəlli oldu - Foto
Ronaldu baş məşqçi Jorje Jezuşla yaşanan fikir ayrılığından sonra milli komandadan ayrılıb.
Ulduz futbolçu Norveçlə oyunda ehtiyatda qaldıqdan sonra yaranan narazılığın ardınca Jezuşla və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa ilə görüşüb. Daha sonra Ronaldunun Jezuşun mətbuat konfransındakı açıqlamalarından narazı qalaraq düşərgəni tərk edib.
Ronaldu özü isə sosial şəbəkədə milli komandadan ayrılmasının səbəbi ilə bağlı "vaxtı gələndə həqiqəti deyəcəyəm" deyib.
Qeyd edək ki, bu ilin yayında Rafael Lean bu ilin yayında "Qalatasaray"a transfer olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)