Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)

1 Oktyabr 2026 19:05

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində Rəhimli Şəmsəddin, Sadiqov İsaq, Sadıqov Elşad, Qasımov Samir və Ərganov Cavid müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi tibb müəssisəsində davam etdirilir.

--------------

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza Şahvəlilər kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı "KIA Rio" markalı, 77-EM-412 dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-2106" markalı, 02-BV-656 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)