Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb

1 Oktyabr 2026 16:56

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.

Milli.Az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.

Onlardan 2-si xilas edilib, 5 işçinin isə dağıntılar altında qaldığı bildirilir.

Xatırladaq ki, 2014-cü ildə Soma mədənində baş verən yanğın 301 mədənçinin ölümünə səbəb olmuşdu. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)