Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)

1 Oktyabr 2026 15:25

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə uzun müddətdən sonra rəqib qapısına yol tapıb.

Milli.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şotlandiya ilə qarşılaşmasında meydana çıxan forvard matçın 21-ci dəqiqəsində fərqlənib.

Bu qol Nəriman Axundzadənin təxminən 10 aylıq fasilədən sonra vurduğu ilk qol olub. O, sonuncu dəfə 2025-ci ilin dekabrında Misli Premyer Liqasında "Araz-Naxçıvan"a qarşı keçirilən görüşdə qol sevinci yaşayıb.

Həmin qarşılaşmada "Qarabağ"ın formasını geyinən Axundzadə komandasının 5:1 hesablı qələbəsinə öz qolu ilə töhfə verib.

Qeyd edək ki, Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə görüşdən məğlub ayrılıb. Qarşılaşma rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)