Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

1 Oktyabr 2026 15:22

Vanqaya aid edilən 2027-ci il proqnozu sosial şəbəkələrdə və internetdə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki,Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan iddialara görə, 2027-ci ildə qlobal iqtisadiyyatda ciddi maliyyə böhranı yaşana bilər. Belə bir ssenaridə bank sisteminə inamın azalacağı və investorların qızıl kimi daha təhlükəsiz hesab olunan aktivlərə yönələcəyi iddia edilir.

Bu isə qızılın qiymətində kəskin artıma səbəb ola biləcək ssenarilərdən biri kimi təqdim olunur. Bəzi internet mənbələrində hətta qızılın 25-40 faiz bahalaşa biləcəyi irəli sürülür.

Qeyd edək ki, 1996-cı ildə vəfat edən Vanqaya illər ərzində müxtəlif proqnozlar aid edilib. Onun adına yayılan bir çox peyğəmbərliyin ilkin mənbələrlə təsdiqlənmədiyi bildirilir.

Mütəxəssislərin yanaşmasına görə isə qızılın qiymətinə faiz dərəcələri, dolların məzənnəsi, mərkəzi bankların siyasəti və geosiyasi vəziyyət də daxil olmaqla bir sıra amillər təsir edir. Buna görə də 2027-ci ildə qızılın müəyyən faizlə bahalaşacağı barədə iddiaları dəqiq proqnoz kimi qəbul etmək mümkün deyil.

Milli.Az