İsrail Prezidenti İshaq Hersoq "Flydubai" təyyarəsində baş verən insident zamanı mümkün faciənin qarşısını alan 4 israillinin dövlət mükafatına layiq görülməsini tövsiyə edəcək.
Milli.Az xəbər verir ki, bu barədə prezidentin ofisi məlumat yayıb.
Bildirilib ki, "Mülki Qəhrəmanlığa görə Prezident Təltifi" sərnişinlərin göstərdiyi cəsarətə görə veriləcək. Onların təyyarədə yaranan təhlükəli vəziyyət zamanı digər sərnişinlərin həyatını qoruduğu qeyd olunub.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" təyyarəsində pilotlar arasında insident baş verib. İkinci pilotun həmkarına bıçaqla hücum etdiyi, israilli sərnişinin isə ona müdaxilə etdiyi bildirilib.
Təyyarə daha sonra təhlükəsiz şəkildə Təl-Əvivə enib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)