Lixtenşteynlə oyundan əvvəl millimizin 7 futbolçusu heyətdən çıxarıldı

1 Oktyabr 2026 14:19

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Lixtenşteynlə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, milliyə cəlb olunan 30 futbolçudan 7-si qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Bunlar Renat Dadaşov, Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə və Fərid Yusiflidir.

Futbolçulardan yalnız Renat Dadaşov zədə səbəbindən oyunda iştirak etməyəcək.

Azərbaycan millisinin Lixtenşteynlə oyun üçün 23-lüyü:

Qapıçılar: Aydın Bayramov ("Zirə"), Rəvan Mirzəmmədov ("Sabah"), Emil Balayev ("Neftçi");

Müdafiəçilər: Murad Xaçayev ("Neftçi"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Anton Krivotsyuk ("Daejeon Hana", Cənubi Koreya), Elvin Bədəlov ("Neftçi"), Toral Bayramov ("Bursaspor", Türkiyə), Tellur Mütəllimov ("Sabah"), Rüfət Abbasov ("Neftçi");

Yarımmüdafiəçilər: Edqar Adilxanov ("Şamaxı"), Emin Mahmudov ("Neftçi"), Rəhim Sadıxov ("Turan Tovuz"), Rüfət Abdullazadə ("Kiryat Şmona", İsrail), Emil Səfərov ("Neftçi"), Abdulla Xaybullayev ("Sabah"), Aleksey İsayev ("Sabah"), Oruc Məmmədov ("Şamaxı"), Ayxan Hüseynov ("Zirə"), Anatoli Nuriyev ("Kişvarda", Macarıstan);

Hücumçular: Vüsal İsgəndərli ("Malisheva", Kosovo), Musa Qurbanlı ("Qarabağ"), Mahir Emreli ("Rakuv", Polşa).

Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Milli.Az