Cim Kerri gizli şəkildə evləndi

1 Oktyabr 2026 13:18

Məşhur aktyor Cim Kerri üçüncü dəfə ailə həyatı qurub.

Milli.Az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikaha daxil olub.

Cütlüyün Los-Ancelesdə keçirilən toy mərasimi yalnız yaxın dostları və ailə üzvlərinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Cim Kerri 1987-ci ildə Melissa Vomerlə ilk evliliyini edib. Həmin il onların Ceyn adlı qızı dünyaya gəlib. Cütlük 1995-ci ildə boşanıb.

Aktyor 1996-cı ildə "Axmaq və daha axmaq" filmindəki tərəf müqabili Loren Holli ilə evlənib. Bu nikah isə bir il sonra sona çatıb.

Kerrinin nəvəsi 2010-cu ildə dünyaya gəlib. Aktyor Min Ha ilə ilk dəfə 2022-ci ildə Los-Ancelesdə birlikdə görüntülənib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)