Azərbaycanda 17 yaşlı gənc infakrtdan öldü

1 Oktyabr 2026 12:46

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib.

Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)