Sentyabrın 30-da Kuala-Lumpur dünyada havası ən çox çirklənmiş iri şəhər olub, Sinqapur isə qlobal reytinqdə üçüncü yeri tutub.
Milli.Az xəbər verir ki, buna qonşu İndoneziyada baş verən meşə yanğınlarından yayılan tüstü səbəb olub.
İsveçrənin "IQAir" şirkətinin məlumatına görə, sentyabrın 30-da səhər saatlarında Malayziyanın paytaxtı Kuala-Lumpurda havanın keyfiyyəti indeksi (AQI) 166-ya çatıb. Sinqapurda isə bu göstərici 155 olub. Bu nəticə Sinqapuru dünyanın havası ən çox çirklənmiş iri şəhərləri arasında üçüncü yerə çıxarıb.
AQI müxtəlif hava çirkləndiricilərinin göstəricilərini birləşdirir və onların insan sağlamlığı üçün yarada biləcəyi potensial risk barədə məlumat verir.
Milli.Az