Tərtərdə “Mercedes” mikroavtobusa çırpıldı - Xəsarət alanlar var

1 Oktyabr 2026 12:03

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili mikroavtobusla toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)