Türkiyədə bələdiyyə sədri saxlanıldı

1 Oktyabr 2026 11:04

Türkiyənin Mersin şəhərində üç bələdiyyəyə qarşı aparılan istintaq çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı Mersin Böyükşəhər Bələdiyyəsinin sədri və Türkiyə Bələdiyyələr Birliyinin rəhbəri Vahap Seçer, Yenişehir Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Əhməd Serkan Tuncerin də olduğu 59 şübhəli saxlanılıb.

Seçerin evində də axtarış aparıldığı bildirilib.

Mersin Baş Prokurorluğunun başlatdığı araşdırmanın tender və birbaşa satınalma prosesləri ilə bağlı olduğu açıqlanıb. Mersin Böyükşəhər Bələdiyyəsində 13 tender və 63 birbaşa satınalma üzrə araşdırma aparıldığı, bu əməliyyatlarda 330 milyon 945 min türk lirəsi məbləğində ictimai zərər yarandığının müəyyən edildiyi bildirilib.

Əməliyyat çərçivəsində çoxsaylı ünvanlarda, o cümlədən bələdiyyə binalarında axtarışların aparıldığı bildirilib. Saxlanılan şəxslərlə bağlı hüquqi proses davam edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)