Türkiyəli aparıcı Burcu Esmersoy imicində etdiyi dəyişikliklə izləyicilərinin qarşısına çıxıb.
Milli.Az xəbər verir ki, uzun müddətdir saç modelində dəyişiklik etməyən aparıcı bu dəfə saçlarını qısa kəsdirib. Burcu Esmersoy yeni görünüşünü sosial media hesabında paylaşaraq izləyicilərinə təqdim edib.
Onun fərqli saç düzümü qısa zamanda diqqət çəkib və paylaşım izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)