Kamçatka sahillərində ard-arda 3 zəlzələ oldu

1 Oktyabr 2026 09:50

Kamçatkanın şərq sahillərində, Sakit okeanın akvatoriyasında qısa fasilələrlə üç zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin ən güclüsü 5,6 maqnitudada olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanlar regional paytaxtda və Vilyuçinsk şəhərində 3 bal gücündə hiss edilib.

Zəlzələlərlə əlaqədar sunami xəbərdarlığı verilməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)