Britaniyalı nazir: "Siz hər bir halda zibilsiniz və bunu özünüz yaxşı bilirsiniz!"

1 Oktyabr 2026 10:15

Böyük Britaniyanın təhsil naziri Lusi Pauell İngiltərə Premyer Liqasında maliyyə qaydalarının pozulması ilə bağlı "Mançester Siti" ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Lusi Pauell Leyboristlər Partiyasının qurultayında çıxışı zamanı azarkeşi olduğu "Mançester Siti"yə dəstəyini ifadə edib. Nazir çıxışında klubun rəqibi "Mançester Yunayted"in tərəfdarlarına qarşı sərt ifadələr işlədib.

O, özünün "Mançester Siti" azarkeşi olduğunu qeyd edərək, klubun futbol dünyasında "göy", siyasi baxımdan isə "qırmızı" olduğunu söyləyib.

Lusi Pauell daha sonra "Mançester Yunayted" tərəfdarlarına müraciət edərək, "Bütün həftə boyunca sevinən o "Yunayted" azarkeşlərinə demək istəyirəm: siz hər bir halda zibilsiniz və bunu özünüz də yaxşı bilirsiniz!" ifadələrini işlədib.

Qeyd edək ki, "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı iş futbol gündəminin əsas mövzularından biri olaraq qalır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)