Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)

3 Oktyabr 2026 15:21

Müğənni Nəfəsin sosial media hesabında paylaşdığı yeni fotosu izləyicilərin diqqətini çəkib.

Milli.Az xəbər verir ki, sənətçinin görüntüsündə fotoşəkil filtr və xüsusi effektlərdən istifadə edilmədən təqdim olunub. Bu detal izləyicilərin diqqətindən yayınmayıb və paylaşım qısa müddətdə müzakirə mövzusuna çevrilib.

Nəfəsin fotosunun şərh bölməsində çoxsaylı rəylər yazılıb. İzləyicilər sənətçinin görünüşü ilə bağlı müxtəlif fikirlərini bölüşüblər.

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında maraq doğuraraq müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)