Luis Enrike: "Ardanı klubumda görsəm xoşbəxt olaram, öyrətilməyəcək bir şey var onda"

1 Oktyabr 2026 13:35

İspaniyalı mütəxəssis Luis Enrike Arda Gülər haqqında yüksək fikirlər səsləndirib və türkiyəli futbolçu ilə çalışmaq istəyini dilə gətirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, "Real Madrid" Arda Gülərin komandadan ayrılmasına razılıq versə, futbolçunu öz klubunda görməkdən məmnun olar.

"Arda Gülərin oyununu izləməyi həqiqətən çox sevirəm. Onun öyrədilməsi mümkün olmayan xüsusi keyfiyyətləri var. Topa nəzarəti, meydanı görməsi və özünəinamı inanılmazdır", - deyə Enrike bildirib.

Mütəxəssis Arda Gülərin bir çox futbolçunun görə bilmədiyi ötürmələri əvvəlcədən hiss etdiyini vurğulayıb. O, futbolçunun Avropanın ən yaxşı oyunçularından birinə çevriləcək potensiala sahib olduğunu düşünür.

Luis Enrike Arda Gülərin yaşına baxmayaraq meydanda nümayiş etdirdiyi yetkinliyi də xüsusi qeyd edib. O, türkiyəli futbolçu ilə işləyərək onun potensialını tam üzə çıxarmasına kömək etməyin böyük məmnunluq verəcəyini söyləyib.

"Amma Arda kimi futbolçu tapmaq asan deyil. Madrid də sahib olduğu futbolçunun dəyərini çox yaxşı bilir", - deyə Luis Enrike əlavə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)