Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib

30 Sentyabr 2026 23:05

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)