Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)

1 Oktyabr 2026 00:24

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "KamAZ" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisə səbəbindən Zığ şosesində hərəkət məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

-------------

Qəza səbəbilə Zığ şosesi-8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbilə yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)