Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq

30 Sentyabr 2026 23:15

"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasında İstanbul təmsilçisinin "Barselona" ilə oyununda texniki müşahidəçi kimi fəaliyyət göstərəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Terim jurnalist Levent Tüzemenə açıqlamasında məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, UEFA ona tapşırılan qarşılaşmaları yerində izləyərək texniki analiz hazırlamasını istəyir.

Terim qeyd edib ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Arsenal" - "Sportinq" matçını Londonda izləyib və UEFA-nın texniki müşahidəçisi kimi hesabat hazırlayıb.

O, oktyabrın 13-də keçiriləcək "Qalatasaray" - "Barselona" qarşılaşmasında da UEFA üçün analiz aparacağını açıqlayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)