Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)

30 Sentyabr 2026 22:59

Yük maşını körpüyə çırpılıb...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə ötən gecə Bakı-Quba yolunda baş verib. Görüntülərdən də aydın olur ki, ağırtonnajlı avtomobil yük yeri açıq formada hərəkət edib. Getdiyi sürətlə də körpüyə çırpılıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. Bildirilib ki, bu gün saat 04:30 radələrində qoşqulu yük maşını Bakı-Quba yolunun 16-cı kilometrində hərəkətdə olarkən texniki nasazlıq səbəbindən yük yeri açılaraq körpüyə çırpılıb. Hadisə barədə məlumat daxil olduqdan sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Hadisə yerində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və digər nəqliyyat vasitələri üçün yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb. Qəza nəticəsində hərəkət hissəsində qalan yük avtomobili yoldan kənarlaşdırılıb və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Avtomobil Yolları Dövlət Agentliyindən də "Xəzər Xəbər"ə bildirildi ki, körpüyə ciddi ziyan dəyməyib. Yalnız körpünün məhəccəri əzilib və reklam lövhəsi yararsız hala düşüb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)