Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi

30 Sentyabr 2026 19:30

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq erkən evlilik sayılacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)