Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb.
Milli.Az xəbər verir ki, paylaşımda qeyd edilib:
"Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sərgilərlə tanış olublar".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)