Türkiyəli müğənni Mert Demir sevgilisi Serenay Sarıkayanın görüntülərini sosial media hesabında paylaşıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi Sarıkayanın avtomobildə musiqi dinləyərək əyləndiyi anları lentə alıb. Görüntülərdə aktrisanın yolboyu musiqinin ritminə uyğun olaraq xoş vaxt keçirdiyi görünür.
Mert Demirin paylaşdığı bu kadrlar qısa müddətdə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Görüntülər həmçinin Türkiyə mətbuatında maqazin gündəminin mövzularından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)