Sergey Melikov yeni vəzifəyə təyin olundu

30 Sentyabr 2026 16:00

Dağıstanın sabiq rəhbəri Sergey Melikov Bryansk vilayətindən senator təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk sərəncam imzalayıb.

Sərəncama əsasən, Sergey Alimoviç Melikova sentyabrın 29-dan Bryansk vilayətinin dövlət hakimiyyətinin icra orqanından Rusiya Federasiyası senatorunun səlahiyyətləri verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)