Yubiley Qran-prisi: Bakı dünya mediasının baş xəbərinə çevrildi - (Foto)

30 Sentyabr 2026 14:44

"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.

Bu barədə Milli.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bundan əlavə, Bakıdakı yarış 56 xarici televiziya kanalında yayımlanıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.

Müəllif: Tural Hüseyn