Hasan Şaşın narkotik testi müsbət çıxdı, Yağız Sabuncuoğlunun isə...

30 Sentyabr 2026 14:45

Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik istintaqında yeni məlumatlar ortaya çıxıb. Futbolçu Hasan Şaş və idman şərhçisi Yağız Sabuncuoğlunun analizlərinin nəticələri açıqlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hasan Şaşdan götürülən nümunələrin yoxlanılması zamanı qan və sidik analizlərində kokain, saç nümunəsində isə kodein və kokain aşkarlandığı bildirilib.

Yağız Sabuncuoğlunun narkotik testi isə mənfi nəticələnib.

İstintaq İstanbulun Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılır. İş çərçivəsində 18 nəfər haqqında saxlanılma qərarı verilib.

Əməliyyat zamanı Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melisa Şenolsun, Afra Saraçoğlu, Sefo, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yağız Sabuncuoğlu, Yeliz Yeşilçimen, Aydan Osmanlı, Anıl Durmuş, Muhammet Kahyaoğlu, Aytaç Kart, Sayat Zurnacı, Eyüpcan Pırlanta və Rıfat Atlı saxlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)