Qaçırıldığı iddia olunan, BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" təyyarəsində pilotlar arasında dava baş verdiyi və hadisə zamanı sərnişinlərin ciddi panika yaşadığı bildirilir.
Milli.Az xəbər verir ki, sərnişinlər İsrailin 12-ci kanalına hadisənin ilk təfərrüatlarını danışıblar.
Sərnişinlərdən biri uçuş zamanı qışqırıq və bağırtılar eşitdiklərini deyib. Onun sözlərinə görə, daha sonra pilot kabinəsinin zorla açıldığını görüblər və kabində qan olub.
Məlumata görə, "Flydubai" reysində olan pilotlardan biri rusiyalı, digəri isə ukraniyalı şəxs olub.
İstintaqın məlumatına görə, ukraynalı ikinci pilot təyyarəyə nəzarəti ələ keçirmək məqsədilə rusiyalı kapitana bıçaqla hücum edib və ona bir neçə zərbə endirib. Daha sonra o, təyyarəni aşağı yönəldərək, göyərtədəki sərnişinlərlə birlikdə onu qəzaya uğratmağa cəhd edib.
Təyyarə yerə endikdən sonra hər iki pilot hava gəmisindən çıxarılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)