Daha bir ölkəyə vizasız səyahət etmək olacaq

30 Sentyabr 2026 12:29

Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır.

Milli.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)