Toyda bəyin sevinci diqqət çəkdi - (Video)

3 Oktyabr 2026 05:05

Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb.

Sevincini gizlədə bilməyən bəyin hərəkətləri ətrafdakıların da marağına səbəb olub. Onun sanki sevincindən "qanad açıb uçacağı" anlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Görüntülər qısa müddətdə geniş yayılıb və izləyicilər bəyin səmimi reaksiyasına müxtəlif şərhlər yazıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)