Bərdə rayonunda qətl hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə bu gün saat 05:00 radələrində rayonun Mollaəhmədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqlayaraq öldürüb.
C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)