İngiltərənin "Mançester Siti" klubunun yetirmələrindən olan Kortni Mappen-Uolter vəfat edib.
Milli.Az xəbər verir ki, keçmiş müdafiəçinin ölümünü onun daha əvvəl formasını geyindiyi "Böri" klubu açıqlayıb.
33 yaşında dünyasını dəyişən Kortni Mappen-Uolterin ölümünün hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Karyerası ərzində İngiltərənin müxtəlif yaş qrupları üzrə milli komandalarına da dəvət alan futbolçu 2013-cü ilədək "Mançester Siti"nin gənclər komandasında çıxış edib.
Kortni Mappen-Uolter peşəkar futbolçu kimi fəaliyyətini ötən il dayandırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)