Türkiyəli influenser və dizayner Buse Terim ailəsi ilə bağlı paylaşımı ilə gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Terimin qızı Nilin COVID-19 testinin müsbət nəticələndiyi məlum olub.
Buse Terim sosial şəbəkə hesabında etdiyi paylaşımda koronavirusun artıq geridə qalmış bir problem olmadığını xatırladıb. O, qızının da virusa yoluxduğunu bildirərək izləyicilərinə diqqətli olmağı tövsiyə edib.
Nilin hazırda hansı vəziyyətdə olduğu ilə bağlı əlavə məlumat verilməyib. Qızın xəstəxanaya yerləşdirilməsi və ya xəstəliyi ağır keçirməsi barədə də hər hansı açıqlama yoxdur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)