İranda silahlı qarşıdurma başlayıb - (Video)

30 Sentyabr 2026 00:41

İranın İranşəhr bölgəsində atışma səsləri eşidilir.

Milli.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, "Ceyş əl-Ədl" silahlı qruplaşması İranşəhrin daxilinə doğru hərəkət edir.

Məlumata görə, toqquşmalar zamanı silahlı şəxslərə qarşı mübarizə aparmaq üçün zirehli maşınlar və pulemyotlarla təchiz olunmuş qruplar göndərilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)